08 February 2020

Seçki gününə olan hava proqnozu açıqlanıb

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

 

V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

 

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Putin və Lukaşenko Soçidə görüşüblər

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.

 

Rusiya və Belarus liderləri arasında görüş Soçi şəhərində baş tutub.

 

Bu barədə Kremlin saytında məlumat verilib. 

 

V. Putin və A. Lukaşenko Rusiya-Belarus əməkdaşlığının aktual problemləri, o cümlədən inteqrasiya ilə bağlı məsələləri müzakirə ediblər.

DİN: Yol qəzalarında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.