07 February 2020

Metro qatarları Bakıda təmir olunacaq

Bakı metropolitenində 5 ilə yaxındır istismarda olan 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, vaqonların istehsalçısı olan Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi bu mühüm dövri təmir işlərini yerinə yetirir.

Səudiyyəli muxalif: İkinci Camal Qaşıqçı olmaqdan qorxuram

İngiltərədə polisin mühafizəsi altında yaşayan Səudiyyə Ərəbistandan olan muxalif və satirist Qanem Əl-Masarir, ""Washington Post"dan köşə yazmaq üçün təklif aldım, ancaq ikinci Camal Qaşıqçı olmaqdan qorxduğum üçün təklifi qəbul edib etməyəcəyimi bilmirəm", - deyib.

Əl-Məsarir telefonu xaker hücumuna məruz qaldığı iddiası ilə Riyad hökumətini İngiltərədə məhkəməyə verib.

Bu barədə Qanem "Anadolu" agnetliyinə müsahibəsində bildirib. 

Təhsil Nazirliyi koronavirusla bağlı mübarizə tədbirləri görəcək

Koronavirus xəstəliyi ilə əlaqədar təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.

Bəzi marşrutların hərəkət sxemində dəyişiklik edilib

Bakıda bəzi müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib.

Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Paytaxt üzrə 5 mindən çox şagird olimpiadanın yarımfinalına çıxıb

Paytaxt üzrə 5 mindən çox şagird olimpiadanın yarımfinalına çıxıb. Respublika fənn olimpiadalarının yarımfinal turuna qeydiyyat başlayıb.

Qeydiyyat www.olimpiada.edu.az saytı vasitəsilə fevralın 15-nə kimi davam edəcək.

Yarımfinal turuna rayon (şəhər) mərhələsində uğur qazanan və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarında qalib gəlmiş şagirdlər cəlb olunacaqlar.

Rusiyada general-polkovnik həbs edildi

FSB hərbi əks-kəşfiyyat agentliyi böyük dələduzluqda ittiham olunan Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-polkovnik Xəlil Arslanovu saxlayıb. Bu barədə 7 fevral tarixində "Kommersant" öz mənbəsinə istinadən xəbər verib.

 

Qəzetin yazdığına görə, Arslanov cümə günü səhər Moskvada evdə saxlanılıb və ifadə vermək üçün Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

Bakıda aptek müdiri özünü iş yerində asdı

Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

 

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.  

 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Deputatlığa namizədlərin NƏZƏRİNƏ - Bu pullar MSK-ya qaytarılmalıdır

Deputatlığa namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti Mərkəzi Seçki Komissiyasına (MSK) qaytarılmalıdır.

Bu barədə Seçki Məcəlləsinin 163-cü maddəsində bildirilib.

Seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra MSK-nın hesabına köçürməlidir.

Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı

Bakı polisi bir gündə 26 cinayətin üstünü açdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-də 26 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Tələbələrin köçürülməsi bu gün başa çatır

Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu bu gün başa çatır.

Təhsil Nazirliyindən verilən xəbərə görə, prosesə fevralın 1-dən start verilib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir.