06 February 2020

Pensiyalar nə qədər artırıldı? - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.

Prezident pensiyaları artırdı

Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Operativ.tv xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alınır:

Bakıda baş verən yanğında 4 FHN əməkdaşı xəsarət aldı

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonundakı “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki "Cənnət Park" Yaşayış Kompleksi 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı yaşayış binasında baş verən yanğın söndürülüb. 

İnanclı fəal aeroportda saxlandıqdan sonra sərbəst buraxılıb

“Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü, ötən gün gündüz Moskvadan gələrkən Bakı aeroportunda saxlanılan Elvin Muradov axşam saatlarında sərbəst buraxılıb.

 

MBH-dən Turan-a bildiriblər ki, E.Muradovu hava limanından DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparıblar və saat  23.00-da sərbəst buraxıblar.

 

Bakıda bu yollarda dəyişiklik edildi

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Bildirilir ki, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

 

Düşmən ordusu atəşkəsi cəbhənin müxtəlif istiqamətlərində 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Operativ.tv-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.