05 February 2020

Daha bir inanclı saxlanıldı

Daha bir inanclı saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Operativ.tv xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Məlumata görə, Elvin Mürvətoğlu adlı inanclı Azərbaycana qayıdarkən Bakıdakı Heydər Əliyev adına hava limanında saxlanılıb.

 

Onun hara aparılması barədə hələ ki, dəqiq məlumat yoxdur.

 

Bakıda koronavirusla şübhəli 7 nəfər xəstəxanaya yerləşdirilib - RƏSMİ

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərin sayı 7 nəfərə çatıb.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd edilir ki, hazırda KTM-in yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var:

DİM yeni modelə uyğun sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Mərkəzdən verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq

Anomal isti hava şəraitindən sonra fevralın 7-dən ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, Bakıda fevralın 7-dək havanın temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir. Lakin anomal isti hava şəraitindən sonra çox uzun olmasa da, ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

Axtarışda olan 11 nəfər saxlanılıb

Bakıda polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.