04 February 2020

İşsizlərin diqqətinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsini planlaşdırır.

 

Bakıda çap sexində yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xırdalanda su olmayacaq

Bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

"Azərsu" ASC-dən verilən məlumata görə, yeni çəkilmiş içməli su şəbəkəsinin istismara verilməsi ilə əlaqədar 4 fevral 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bakıda polis əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakıda yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanılıb.

 

Hadisə fevralın 3-də, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Koroğlu-Mərdəkan istiqamətində hərəkətdə olan paytaxt sakini Firudin Ömərovun idarə etdiyi “Toyota Land Cruzer” markalı avtomobili yolun kənarında duran polis serjantı Natiq Məhərrəmovu vuraraq öldürüb.

 

AB İraqın yeni Baş nazirinin təyin edilməsini şərh edib

Avropa İttifaqı Xarici İşlər Nazirliyinin açıqlamasında, "İraqın yeni Baş nazirinin təyin edilməsi, ölkədəki mövcud siyasi vəziyyətin aradan qaldırılması üçün vacib bir addımdır", - deyə bildirilir.

 

Məhəmməd Tofiq Əlyavi 2006-2007-ci illərdə və 2010-cu ildən 2012-ci ilə qədər rabitə naziri vəzifəsini icra edib. İraq prezidenti Bərhəm Saleh Alaviyə şənbə günü hökumət qurmağı tapşırıb. Baş nazirin namizədliyini İraq parlamentinin ən böyük siyasi blokları dəstəkləyib.

Bakıda mikroavtobus və yük avtomobili yanıb

Bakı şəhərinin Xəzər rayonunda "DAF" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, qoşquya yığılan 14 ton ot bağlamasının 3 tonu və yaxınlıqda dayanan istifadəyə yararsız mikroavtobus yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.