01 February 2020

Viruslara görə “Koroğlu”da dezinfeksiya aparıldı

Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb. 

 

Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib.

 

Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Bakıda bir gündə 22 cinayətin üstü açıldı

Paytaxtda sosial neqativ hallara qarşı mübarizə güclənir. Əməliyyat-axtarış xidmətləri ilə yanaşı, ərazi polis orqanlarının Post Patrul Xidməti əməkdaşlarının fəallığı artmaqdadır. Müəyyən olunan xidməti ərazidə müşahidə edilən hüquq pozuntularına çevik reaksiya verilir.

Yanvarın 31-də Bakıda cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla, şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub.

Azərbaycanda 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. C.İsayev  açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb.