13 January 2020

İTV deputatlığa namizədlərə müraciət edib

İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.

Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq, ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək: "Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Bu gündən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (@edugovaz) istifadəyə verilir.

Operativ.tv-nin Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, kanalda nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Eyni dairələrdə toqquşan tanınmışlar... - SİYAHI

Xəbər verdiyimiz kimi, 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində artıq qeydə alınmış namizədlərin ilkin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. MSK-nın açıqladığı son məlumata əsasən, 1047 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında siyasi partiyalardan və ictimaiyyət arasında kifayət qədər tanınan simalar var. Bu baxımdan builki seçki marafonunun maraqlı keçəcəyi gözlənilir.

Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

 

Mərkəzdən verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 17, 22 və 29 yanvar tarixlərində baş tutacaq.

 

İmtahanlar saat 10.00-da başlayacaq.

 

Avtomobil tunelləri və yeraltı piyada keçidləri təmizləndi

Yağıntılı havalarda avtomobil tunellərində və yeraltı piyada keçidlərində yağış sularının yığılmasının qarşısını almaq məqsədi ilə təmizlik işləri aparılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhərində mövcud olan bütün avtomobil tunellərinin yanaşma yollarında və içərisində, həmçinin yeraltı piyada keçidlərində olan yağış-kanalizasiya sistemi təmizlənərək ötürücülüyü bərpa olunub.