11 January 2020

Yol polisi yeni geyimə keçib

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlar yeni geyimə keçir. 

Yeni formalar artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti əməkdaşlarına təhvil verilib.

Yol-Patrul Xidmətinin əməkdaşları yaxın günlərdə yeni, daha müasir geyim formasında xidmət aparacaq.

Yeni formaların respublika üzrə bütün yol polislərinə təqdim edilməsi gözlənilir.

Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il başa çatdırılacaq

Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq.

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.

Bazar gününün havası açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 12-də gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şəkər xəstələri dərman üçün saatlarla gözlədilir

Bakı sakini Elnarə Məmmədova şəkər xəstəsi olan anasının aylıq pulsuz dərman aldığı zaman çətinliklər yaşadığını deyir. 

Bu barədə “Qafqazinfo”ya müraciət edən E.Məmmədova bildirib ki, anası hər ay Nizami rayonu 26 saylı poliklinikaya dərman almaq üçün gedir: “Onun 70 yaşı var. Səhər 7-dən poliklinikaya gedir ki, bəlkə növbə az olar. Ancaq yenə də 100-lərlə adam neçə saat növbədə gözlədilir. Müalicə üçün verilən o dərmanlar xəstələrə yaşadılan bu çətinliyə görə xeyir də etmir. 

Ruhanidən günlərdir gözlənilən ilk açıqlama

İran Prezidenti Həsən Ruhani yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası barədə ilk dəfə açıqlama verib.

Operativ.tv-nin “Komsomolskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, Ruhani Ukraynanın “Boeing 737-800” tipli təyyarəsinin Tehranda qəzaya düşməsinə səbəb olan “bağışlanmaz səhv”lə bağlı istintaqın davam etdiriləcəyini bildirib.