10 January 2020

Tramp: Biz, Avropanı Rusiyadan qoruyuruq, bunlar isə pul vermir

Vaşinqton uzun illərdir ki, Avropanı Rusiyadan qoruyur, amma avropalı tərəfdaşlar bunun üçün adekvat qiymət ödəmək istəmirlər.

 

Bu barədə ABŞ prezidenti Donald Tramp Ohayo ştatındakı seçkiqabağı mitinqində çıxışı zamanı bildirib.

 

“İllər boyu NATO ABŞ-dan bəhrələnib. Biz, Avropanı Rusiyadan qoruyuruq, rəqəmlər isə (NATO ölkələrinin xərcləri) son 15-18 il ərzində azalıb. Mən gedib onlara dedim ki, uşaqlar, siz pul ödəməlisiz", - o, vurğulayıb.

 

Qərbi Kaspi Universiteti yanğında ölən əcnəbi tələbələrlə bağlı məlumat yayıb

Qərbi Kaspi Universiteti ötən gecə Bakının Səbail rayonunda baş verən yanğın hadisəsi zamanı ölən Şri-Lanka vətəndaşları olan tələbələrlə bağlı açıqlama yayıb.

 

Universitetdən verilən məlumata görə, ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişən 3 Şri-Lanka vətəndaşından ikisi - Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.

 

Xoşqədəm Hidayətqızı barədə cinayət işi açıla bilər - Nərminə görə

Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə mindi. Qanun cəmiyyəti sevindirmişdi və çox ümidli idik. Təəssüf ki, qanun qüvvəyə minsə də, telekanllarda məlum həyat hekayələrindən ibarət verilişlər öz tempi ilə davam edir. Hətta yanvarın ilk həftəsində cəmiyyəti silkələyən Nərmin cinayəti hələ də efirlərdə müzakirə olunmaqdadır. Ya telekanallar bu qanundan xəbərdar deyil, ya da onlara insan həyatları üzərində şou ssenariləri hazırlamaq ləzzət verir.

 

3 əcnəbi tələbənin öldüyü yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Seçkiqabağı təşviqat üçün ayrılan daimi görüş yerlərinin siyahısı açıqlanıb

Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

"Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Ümumilikdə isə bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.