09 January 2020

Azərbaycan şirkətləri Suriya bazarında təmsil olunmaqda maraqlıdır

Bu ilin fevral ayının sonunda Bakıda Suriya investorları və Azərbaycan sahibkarlarının iştirakı ilə biznes forum təşkil olunacaq.

 

Bunu "APA-Economics"ə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

 

Onun sözlərinə görə, təqribən 25-ə yaxın Suriya investorlarının iştirakı ilə keçiriləcək forumda əsasən üç sahə üzlə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək. Bunlar aqrar, sənaye və ticarət sahələridir.

Azərbaycan ötən il qaz hasilatını 16% artırıb

"Ötən il ərzində Azərbaycanda təxminən 35,6 mlrd. kubmetr təbii qaz hasil edilib".

 

Bunu Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

 

Qeyd edək ki, ötən il Azərbaycanda 30,6 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

 

Əvvəlki ilin göstəricisi ilə müqayisədə 2019-cu ildə ölkədə qaz hasilatı 5 mlrd. kubmetr və ya 16,3% artıb.

Yanvarın 9-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 9 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Operativ.tv-nin Mərkəzi Banka istinadən verdiyi məlumata görə, yanvarın 9-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8896 manat təşkil edir.

Ermənistanda əsgər özünü güllələyib

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müdafiə məntəqəsində müqavilə üzrə xidmət edən Geqam Viktoroviç Haçatryan arxasına bağlanmış pulemyotdan özünə atəş açıb.

 

Operativ.tv-nin məlumatına görə, bu barədə "Armenpress" portalı Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən yazıb.

 

İnsidentlə bağlı cinayət işinə başlanılıb.