08 January 2020

Azərbaycan aviaşirkətləri İran üzərindən uçuşları davam etdirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Buta Airways" aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

 

AZAL-dan verilən məlumata görə, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

 

Sabahdan Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılacaq

Yanvarın 9-dan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə veriləcək.

Operativ.tv-nin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq.

Zərif: BMT Nizamnaməsinə uyğun surətdə bizə hücum edilən bazaları hədəfə aldıq

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin İraqdakı ABŞ bazasına raket zərbələrini özünümüdafiə tədbiri adlandırıb. Bu barədə İran XİN rəhbəri öz "Twitter" səhifəsində paylaşım edib.

C.Zərif bildirib: "İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə istiqamətində mütənasib addımlar atdı və İranın yüksək vəzifəli rəsmiləri və vətəndaşlarına qarşı "qorxaqcasına hücum"un təşkil edildiyi bazanı hədəfə aldı.