07 January 2020

Azərbaycan və İran arasında magistral yol çəkilişinə başlanıb

Azərbaycan Astarası və İran Astarası arasında magistral yolun çəkilməsinə başlanılıb.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi deyib. Xademi bu yolun uzunluğunun təxminən 1,3 min metr olduğunu bildirib.

X.Xademi əlavə edib ki, İran və Azərbaycan arasında məhsul tranziti və vətəndaşların daşınması əsas məqsədlərdən biridir. Bununla əlaqədar şəhərdən kənarda yeni sərhəd terminalı inşa olunub.

Bakı məktəblərində 29 direktora müavin təyin olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

Operativ.tv-nin Təhsil İdarəsinə istinadən verdiyi məlumata görə, onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq olub.

Bu il üçün fəsillərin daxilolma vaxtları açıqlanıb

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.

Operativ.tv-nin Rəsədxanaya verdiyi məlumata görə, bu il yaz fəsli martın 20-də yerli vaxtla saat 07:49-da girəcək və gecə ilə gündüz bərabərləşəcək.

Yay iyunun 21-i saat 01:43-də, payız fəsli isə sentyabrın 22-i saat 17:30-da daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Prezident Administrasiyasının məsul işçilərinin qəbulu cədvəli açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin 2020-ci ilin yanvar ayında respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli açıqlanıb.

 

Cədvəli təqdim edirik.

 

16 yanvar 2020-ci il

 

1. Siyəzən rayonu

 

2. Yardımlı rayonu

 

3. Ağsu rayonu

 

Yol polisindən piyadalara müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.

 

İdarənin qadın əməkdaşının müraciətində bildirilib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bədbəxt və xoşagəlməz hadisələrdən qorumaq yol polisinin əsas funksional vəzifələrindən biridir.

 

Bir daha piyadaların diqqətinə bir sıra vacib tövsiyələr çatdırılıb: