02 January 2020

Ən çox ziyarət olunan dövlət qurumlarının saytları açıqlanıb - REYTİNQ

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) 2019-cu ildə ən çox ziyarət olunan Azərbaycanın dövlət qurumlarının rəsmi internet saytlarının reytinqini açıqlayıb.

 

Operativ.tv-nin CERT-ə istinadən verdiyi məlumata görə, qeyd olunan müddət ərzində ən çox ziyarət edilən rəsmi dövlət saytlarının siyahısına Azərbaycan Dövlət İmtahan Mərkəzinin veb-səhifəsi başçılıq edir.

 

2019-cu ilin ən çox ziyarət olunan dövlət saytları:

Bakıda mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Operativ.tv FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Mamedov İsmət Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bakıda klinika sahibinin oğlu işçini döyə-döyə öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.

Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.