01 January 2020

İran Hörmüz boğazı yaxınlığında qanunsuz neft daşıyan tanker saxlayıb

İran Hörmüz boğazı yaxınlığında tanker saxlayıb.

İran İslam İnqilabını Mühafizə Korpusu Hörmüz boğazı Əbu Musa adası yaxınlığında qanunsuz yolla neft daşıyan tanker saxlayıb.

Tankerdə 8 min barel xam neft var. Gəminin Malayziyadan olan 16 heyət üzvü də saxlanılıb.

Gəminin hansı ölkəyə aid olduğu isə bildirilməyib.

Honkonqda polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Bu gün Honkonqda  hakimiyyətlə razılaşdırılmış yürüşə on minlərlə insan qatılıb.

Yürüş iştirakçıları aksiyalar zamanı polis zorakılığının müstəqil qaydada araşdırılmasını, aksiyalar zamanı saxlanılanların buraxılmasını, Honkonq administrasiyasının rəhbəri postuna seçkilərin keçirilməsini tələb ediblər.

Yeni ildə Azərbaycanda ilk körpə 4 nömrəli Doğum Evində dünyaya gəlib

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli doğum evində qeydə alınıb.

Operativ.tv-ninSəhiyyə Nazirlyinə istinadən verdiyi məlumata görə, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib.

Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.

Azərbaycanda pirotexniki vasitələr 8 nəfəri xəstəxanalıq etdi

Səhiyyə Nazirliyi bayram günü partlayıcı oyuncaqlardan xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, 31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.

Azərbaycanın strateji valyuta ehtiyatı çoxalıb

2019-cu ildə Azərbaycanda iqtisadi aktivliyin müsbət dinamikası qorunub.

2019-cu ildə inflyasiya səviyyəsinin qəbul edilən hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şəraitdə əminlik yaradaraq iqtisadi aktivliyə əhəmiyyətli dəstək verib.

Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında həlledici rolu Mərkəzi Bankın pul-kredit və məzənnə siyasəti oynayıb.

Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aradan qaldırılması mexanizmi tətbiq ediləcək

Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb.

Müdafiə naziri aprel döyüşlərində azad edilmiş ön xətt mövqelərində olub

Müdafiə naziri aprel döyüşlərində azad edilmiş ön xətt mövqelərində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.