02 December 2019

Milli Şura təcili şəkildə seçki islahatları həyata keçirilməsini tələb edir

Demokratik Qüvvələrin Milli Şurası təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə minimum da olsa, seçki mühiti yaradılmasını tələb edir.

Operativ.tv "Turan"a istinadən xəbər verir ki, bu barədə Milli Şuranın dekabrın 1-də yaydığı bəyanatda deyilir.

SOCAR dənizdən 420 işçisini təxliyə edib

Azərbaycan ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

Şimali Makedoniya NATO-ya qoşulur

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Makedoniyanın Şimali Atlantika Alyansına (NATO) qoşulmasından danışıb. 

 

Operativ.tv-nin məlumatına görə, bu barədə o, öz tvitter səhifəsində yazıb.

 

O bildirib ki, ABŞ ölkənin NATO-ya daxil olması ilə bağlı protokolun təsdiqlənməsi prosedurunu başa çatdırıb.