Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçildi (yenilənib)

DİN məlumat yayıb ki,Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
B. Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Müdafiə tərəfi məhkəmə qərarı ilə razı deyil və həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.
 
Azadlıq Qəzeti
 
++++++++++++++++++++++++++++++++++++++++++++
 
Operativtv.com xəbər verir ki, Bəxtiyar Hacıyev saxlanılıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. Vəkil bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb.
Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd olunub ki, B. Hacıyev hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə aparılır.