"Bütün həqiqətləri söyləyəcəyəm" - Ronaldo

"Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo media ilə bağlı yalanları üzə çıxaracaq.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz bu barədə instaqram hesabında şərh yazıb. O, bir neçə həftəyə bütün həqiqətləri söyləyəcəyi müsahibənin olacağını bildirib:

"Bir neçə həftə içində həqiqəti biləcəklər. Media yalan söyləyir. Qeyd kitabçamda yazdığım 100 xəbərdən 5-i düz idi. Bunun necə olduğunu təsəvvür edin".

Qeyd edək ki, 37 yaşlı forvardın "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilir.