Buşun kobud səhvi... Dil çaşar, düzünü deyər

ABŞ prezidenti Corc Buşun Ukrayna əvəzinə “İraqı tamamilə qeyri-qanuni və qəddar şəkildə işğal etmək qərarına gələn bir adam” sözləri sosial mediada gündəm oldu.
Operativ.tv Haber 7-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın keçmiş prezidenti Corc Buşun dünən Dallasda qatıldığı tədbirdəki çıxışındakı dilinin çaşması qısa zamanda sosial mediada gündəm olub.
2003-cü ildə İraqa təcavüzə başlayan Buş çıxışında Rusiyanın Ukraynaya hücumlarına reaksiya verib və bir cümlə ilə “Ukrayna” yerinə “İraq” dedikdə zalda maraqlı anlar yaşanıb.
Buş çıxışında “Bütün bunların nəticəsi idi ki, Rusiyada balans və nəzarət yox idi və bir nəfərin İraqı tamamilə qeyri-qanuni və amansızcasına işğal etmək qərarı oldu” ifadəsini işlədib.
O, öz səhvini anlayanda zalda cüzi təbəssümlə “Ukraynanı nəzərdə tuturam” deyərək sözlərini düzəldib və “İraqı da... Nə isə” sözü ilə davam edən Buşun “İraq” sözü qarşısında dərin bir sükut çöküb. Bunun ardınca onun sözləri zalda gülüşə səbəb olub.
Buşun İraqın işğalı ilə bağlı videosu qısa müddət ərzində sosial şəbəkələrdə yayılsa da, bir çoxları “İraqı işğal edən Buşun şüuraltısının onun sözlərində əks olunduğunu” vurğulayır.