Əbülfəz Bünyadov barəsində məhkəmə qərarına etiraz edildi

Əbülfəz Bünyadov barəsində məhkəmə qərarına etiraz edildi

Xəbər verdiyimiz kimi, Ali Məhkəmə siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.

 

Hadisəyə Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımlı rəsmi facebook hesabında münasibət bildirib.

 

Operativ.tv Elçin Qasımlının fikirlərini olduğu kimi təqdim edir:

 

"Hansısa bir formada məhkəmələrimizdən ədalət gözləyənlər növbəti dəfə məyus oldu. Bədənin 80 faizi iflic olan bir insan yenədə həbsdə saxlanıldı. Vallah deyirəm çox üzüyola xalqıq. Bu qədər ədalətsiz, saxta məhkəmə qərarları görən insanlarımız yenədə nəsə düzgün qərar gözləyirdilər. Amma bir daha əmin olduq ki, bu ölkədə ədalətli məhkəmə YOXDUR. Əslində şəxsən özüm üçün yeni heç bir şey olmadı. Çünkü o qəddar, ədalətsiz, başdan ayağa əsəb və stres olan həmin o qurama məhkəmə tamaşalarının bir başa qurbanı olmuşam. Onsuzda məhkəmədən gözləntimiz yox idi. Bəzilərini islahat məsələsi yanıltsada, onlarda əmin oldular ki, bu sadəcə kağız üzərindədir. Məhkəmə islahatı filan yoxdur. Allah bizə Yar olsun".

Facebook