Bu ziyanı olmayan ən gözəl ticarətdir

Bakı şəhəri "İmam Ümmət" məscidinin imamcüməsi, ilahiyyatçı Hacı Seyid Şəhadət Heydərov bu həftə növbəti cümə namazını qılıb. İlahiyyatçı vəhdət həftəsinin yaşadığımız bu cümə günündə İslam ümmətini dəyərli vəhdət bayramı münasibəti ilə təbrik edib. O, Allaha görə yaşamağın məqsəd olması üzərində söhbətini davam etdirərək bu dəfə də ömrün İlahi çalarları əbədiyyət təminatında nə qədər əhəmiyyətli rola malik olmasına diqqət çəkib. “Ömrün Allah üçün yaşanması, insanın gödüyü işlərin hər birində Allaha hədəflənməkdir. Bu təkcə ibadət məqamı üçün deyil. Biz həyatımızın hər bir sahəsində, gündəlik məişət qayığılarını aradan qaldırmaqda da İlahi hədəfi mərkəzləsək şübhəsiz müsbət nəticələr əldə edəcəyik. Din insanı dünyadan qopmağa deyil, dünyanı hədəf etməməyə dəvət edir. Dünya daxilində hər şey insan üçündür və insanın ondan istifadəsi də məqbuldur. Lakin bunun hədəfə çevrilib insanı həqiqi hədəfdən döndərmək, Allahdan uzaqlaşdırmaq mütləq ziyandır. İnsanın bu tələlərə, dünyanı hədəfə çevirmək tələsinə düşməməsi üçün ən ideal yolu Əhli-beytin (ə) buyurduğu kimi Allah üçün yaşamaqdır. Bu ticarət dünyasının taciri, malını dövriyyə edən insan üçün alıcının Allah olması nə gözəldir. Bu ziyanı olmayan ən gözəl ticarətdir. İnsan yaşadığı ömrünü Allah üçün başa vurub ömrünü Ona satsın. Şübhəsiz alıcı aləmlərə rəhmət olan Allahdır deyə mükafatı, muzdu da qiymətindən artıq ödənəcək. Bu istiqamətdə ömür yaşamaq üçün insan olduqca diqqətli olmalı, təmənnasını insanlardan qıraraq Allahdan gözləməli, etdiyi əməllərini Ona görə icra etməliddir.”

Sonunda vətən şəhidlərinin ruhuna dualar oxumaqla Seyid Şəhadət çıxışını bitirdi.