Bu siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb

Bu siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alınıb

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sol arxa təkərinin üstündəki hissədən 10 min ədəd “HEETS turquoise label” markalı siqaret aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook