Bu ərazilərdə işıq olmayacaq

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

"Azərişıq" ASC-dən verilən məlumata görə, fasilələr 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

 

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.