Bu ölkədə temperatur 70 DƏRƏCƏDİR

Dünyamız mənfi 60 dərəcə soyuq, 50 dərəcə istidən yuxarı ölkələrə ev sahibliyi edir.

Operativ.tv xəbər verir ki, bəzi ölkələrdə temperatur 70 dərəcəyə qədər yüksəlir. Günəşi çox yaxında hiss etdiyimiz bəzi ölkələri təqdim edirik.
Afrikanın səhra coğrafiyasında yerləşən dünyanın ən isti ərazilərinin birincisi ABŞ-da yerləşən Death Valley vadisidir. Californiya əyalətində yerləşən bu vadidə orta temperatur 47 dərəcədir. 

Ölçülen hava sıcaklığı 70 derece! Dünyanın en sıcak yerinde nefes almak imkansız
Liviyanın ucsuz bucaqsız çölü Aziziyada temperatur 48 dərəcədən yuxarı olur. Bu ərazidə temperaturun 58 dərəcəyə qədər yüksəldiyi də müşahidə olunub. 

Aziziyah, Libya
Temperatutun yüksək olduğu Efiopiyanın Dallol ərazisində istilik heç vaxt 40 dərəcədən aşağı düşmür.

Dallol, Ethiopya
Sudanın Halfa vadisi dünyanın ən isti yerlərindən biridir. Bu ərazidə havanın temperaturu 53 dərəcədir.

Halfa Vadisi, Sudan
Dəşti-Lüt İranın ikinci ən böyük səhrasıdır. Səhrada temperatur 70 dərəcəyə çatır.

Daşt Lut, İran  
İsrailin turistik ərazilərindən biri olan Ölü Dənizdə havanın temperaturu ortalama 54 dərəcədir. 

Ölü Deniz, İsrail
Afrikanın ən vacib antik yerlərindən hesab olunan Timbuktuda havanın temperaturu 50 dərəcədir. 

Timbuktu, Mali
Tunisdəki Kebili ərazisi dünyanın ən isti bölgələrindən biri hesab olunur. Buradakı istilik 55 dərəcədir. 

Kebili, Tunus
UNESCO-nun dünya mirası siyahısında olan Liviyanın Qadames şəhərciyində temperatur 55 dərəcədir. 

Ghadames, Libya