Bu ölkə seçkiyə pul tapa bilmədi

Əfqanıstanda parlament və regionların şura seçkilərinin tarixi eyni vaxta salınıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Əfqanıstan Müstəqil Seçki Komissiyası yayıb. Komissiya parlament seçkisinin tarixini 7 iyuldan 20 oktyabra keçirib. Parlament seçkisinin tarixinin dəyişdirilməsinə komissiya əsas səbəb kimi maliyyə çatışmazlığını göstərib. MSK seçkinin dəyərinin 70-90 milyon dollar təşkil edəcəyini və bunun böyük hissəsinin xarici donorlar tərəfindən ödəniləcəyini deyib.