Bu ölkə koronavirusa qarşı qələbəsini elan etdi

Yeni Zelandiyada martın 25-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi bu gecədən etibarən başa çatacaq.

Rakurs.tv xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Jacinda Ardern bildirib. O qeyd edib ki, ölkədə bazar günü sadəcə bir yoluxma faktı qeydə alınıb. Ümumilikdə 1469 nəfərin yoluxduğu xəstəlikdən 19 nəfər dünyasını dəyişib.

 

Ardern ölkənin sərhədlərinin hələ bir müddət bağlı qalacağını bildirib:

“Son günlər yoluxma sayının azalması yeni yoluxmanın olmayacağı kimi başa düşülməməlidir. Kollektiv səylərimizlə başımıza gələ biləcək ən böyük bədbəxtliyin qarşısını aldıq və bu mübarizəni qazandıq”.