Bu il üçün fəsillərin daxilolma vaxtları açıqlanıb

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.

Operativ.tv-nin Rəsədxanaya verdiyi məlumata görə, bu il yaz fəsli martın 20-də yerli vaxtla saat 07:49-da girəcək və gecə ilə gündüz bərabərləşəcək.

Yay iyunun 21-i saat 01:43-də, payız fəsli isə sentyabrın 22-i saat 17:30-da daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də daxil olacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.