Bu gündən müxtəlif tibb müəssisələrində vətəndaşların qəbulu başlayır

Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.

 

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.