Bu gün Fəqan Məmmədovun məhkəməsi davam edib-VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fəqan Məmmədovun məhkəməsi keçirilib. Bu barədə Operativ.tv-yə  məlumat verilib. Şahidlərin dindirilməsi ilə keçirilən prosesdə iştirak edən hüquq müdafiəçiləri ittihamın heç bir hüquq normativinə sığmadan gerçəkləşdiyini bildiriblər. Hakim növbəti prosesi 31 may saat 14:30-a təyin edilib.

Xatırladaq ki, 2021-ci ilin 2 sentyabr tarixində Gəncə sakinləri Fəqan Məmmədov, Arif Cəfərov və Amin Kərimli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb. Onlar cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə baarələrində cinayət işi açılıb. Hər üç gənc həbslərini sifarişli adlandırırlar. Onlar Bakıdan Gəncəyə üzərində “Ya Hüseyn” yazılmış köynəklərin gətirilməsinə görə hakimiyyətin hədəfinə gəldiklərini söyləyirlər. Hər üç gənc birlikdə həbs olunsa da, lakin məhkəmələri biri digərindən ayrı olaraq keçirilir. Arif Cəfərov və Fəqan Məmmədovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində, Amin Kərimlinin məhkəməsi isə Gəncə Agir Cinayətlər Məhkəməsində keçirilir.