Əbu-Dabidə partlayış baş verib

Reuters xəbərinə görə, Əbu-Dabi polisi bildirib ki, Əbu-Dabidə bir restoranda qazın partlaması nəticəsində ən azı iki nəfər ölüb, 120 nəfər yaralanıb. 
Operativ.tv SHAFAQNA TURKEY-yə istinadən xəbər verir ki, Əbu-Dabi polisi partlayışı qaz balonu ilə əlaqələndirib və yaxınlıqdakı dörd binanı təxliyə edib. Bununla belə, bəzi şahidlər partlayışların sayının birdən çox olduğunu bildiriblər. Əbu-Dabi rəsmiləri ictimaiyyəti şayiələrə məhəl qoymamağa və öz rəsmi mənbələrindən gələn xəbərləri izləməyə çağırıb.
Əbu-Dabi polisi yanğını nəzarət altına aldığını bildirib.