Bəşər Əsəd: Fələstin məsələsinin uğuru Suriyanın uğurudur

Operativ.tv Rasthaber-ə istinadən verdiyi məlumata görə, Suriya prezidenti vurğulayıb ki, Fələstinin hər uğuru Suriya üçün uğurdur.
Birliyin Fələstin Katibliyinin üzvləri, Fələstində və Avropadan kənarda bir qrup Fələstin qurumu qarşısında çıxış edən Bəşər Əsəd deyib: “Suriyanın Fələstin məsələsi ilə əlaqələri sıx bağlıdır və bu əlaqələr təkcə coğrafiya və ya inanclarla bitmir, həm də maraqlar çərçivəsindədir. Fələstin məsələsində əldə edilən hər müvəffəqiyyət Suriya üçün bir uğurdur.
Onun xaricdəki ixlaslı övladlarının səyləri və bu torpaqlardakı müqavimətin mübarizəsi ilə Fələstin məsələsi hələ də dünya gündəmindədir və yeni nəsil bu məsələni daha yaxşı bilir, eyni zamanda müdafiə edir və bu məsələ ilə sıx əlaqəsi vardır.”
Xatırladaq ki, Dəməşqin ev sahibliyi ilə Fələstin Birliyinin Katibliyi və Fələstin xaricindəki Fələstin təsisatları beşinci konfransını keçirib.