Brüsseldə AB sammiti başlayıb

Avropa Birliyi üzv ölkələrinin liderləri bu gün və sabah Brüsseldə keçiriləcək görüşdə miqrasiya və enerji məsələlərini müzakirə edəcəklər.
Operativ.tv-nin Mehr xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Reuters televiziyası məlumat yayıb ki, bu gün Brüsseldə miqrasiya və enerji olmaqla iki əsas gündəliyi olan Avropa İttifaqına üzv ölkələrin sammiti öz işinə başlayıb.
Sabaha qədər davam edəcək iclasda immiqrasiya da daxil olmaqla bir sıra həssas məsələlər müzakirə olunacaq.
2020 -ci ildə AB üzv ölkələrinə yeni immiqrantların sayı əvvəlki ilə nisbətən xeyli azalsa da, Avropa bu il yenidən artmağa başladığını iddia edir.