Britaniya Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələsini araşdırır

Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirəsini təklif edir.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Liz Tras “Guardian”a müsahibəsində bildirib.

“Mən bu fikri dətəkləyirəm və məsələni dərindən öyrənirik. Kanadada oxşar qanun qəbul edilib. Biz də məsələ ilə bağlı DİN və Maliyyə Nazirliyi ilə birgə işləyirik” – deyə diplomat bildirib.

Trasın fikrincə, məsələ ilıə bağlı parlament yeni qanun qəbul edə bilər.