Britaniya İcmalar Palatası Brexit müqaviləsini təsdiq edib

Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı razılaşma Britaniya İcmalar Palatası tərəfindən təsdiqlənib. 

 

Bu barədə ölkə Parlamentinin saytında bildirilib.

 

Məlumatda bildirilir ki, razilaşmanın lehinə 358 deputat, əleyhinə isə 234 deputat səs verib. İcmalar Palatasında təsdiq edildikdən sonra sənəd Britaniya Parlamentinin Lordlar Palatasına təqdim olunacaq. Orada qəbul edildikdən sonra isə Kraliça II Yelizaveta tərəfindən də təsdiqlənməlidir.

 

Əgər müvafiq sənəd bütün səviyyədə qəbul edilərsə, Britaniya cari ilin yanvarın 31-də Avropa Birliyini tərk edəcək.