Britaniya Baş Qərargah rəisindən şok açıqlama: Rusiya ilə müharibəyə hazır olmalıyıq!

Britaniyanın Baş Qərargah rəisi Ser Patrick Sanders bildirib ki, NATO öz qoşunlarını kütləvi şəkildə genişləndirdiyini elan etdiyi üçün Britaniya Rusiya ilə müharibəyə hazır olmalıdır.
Operativ.tv HABER 7-yə istinadən xəbər verir ki, Britaniya Baş Qərargah rəisi Sanders verdiyi açıqlamada Britaniyanın “1937 anı” ilə üz-üzə qaldığını və Rusiyadan gələn təhlükəni nəzərə alaraq, “döyüşməyə və qalib gəlməyə” hazır olmaq lazım olduğunu bildirib.
Rusiya ekspansionizmini cilovlamaq üçün “tez hərəkət etməyə” hazır olmaq lazım olduğuna dair xəbərdarlıq edən Sanders Rusiyanın işğalını nasist Almaniyasının yüksəlişinə bənzədib.
Ser Patrick deyib: "Biz müharibədə deyilik, lakin biz tez hərəkət etməliyik ki, ərazi genişlənməsini saxlaya bilməyərək müharibəyə sürüklənməyək."