Braziliyada Şiə məscidinə hücum olub

Məscid rəhbərliyi: “Bu dəhşətli cinayət təkcə İslama qarşı deyil, həm də bütün digər dinləri hədəfə alıb; Çünki bu hücumda Allahın Kəlamı və Evi təhqir olundu.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Braziliyanın Pontaqros şəhərindəki İmam Əli (əleyhi səlam) Məscidinin rəhbərliyi İnstaqram səhifəsində paylaşdığı rəsmi açıqlamada deyib: “Müsəlman icmasındakı bacı və qardaşlarımıza təəssüflə bildiririk ki, sevimli Məscidimiz Cümə günü səhər saatlarında təxribatçılar və bidət əhli tərəfindən hücuma məruz qalıb."

Məscid rəhbərliyi əlavə edib: “Bu dəhşətli cinayət təkcə İslama qarşı deyil, həm də bütün digər dinləri hədəfə alıb; Çünki bu hücumda Allahın Kəlamı və Evi təhqir olundu.”

O, əlavə edib: “İfartçılar Qurani-Kərimin bir nüsxəsini yandırmaqla yanaşı, İslami ifadələrin yazıldığı asma çərçivəni də yandırıblar”...