Böyük Britaniyadan Ukraynaya 1 milyard funt sterlinq dəyərində hərbi yardım

Britaniya Ukraynaya əlavə olaraq 1 milyard funt-sterlinq hərbi dəstək verəcək.
Operativ.tv CUMHURİYET -ə istinadən xəbər verir ki, Britaniya Ukraynaya əlavə olaraq 1 milyard funt-sterlinq hərbi yardım edəcəyini açıqlayıb.
Baş nazirin 10 nömrəli ofisinin bəyanatında deyilir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin dünən NATO liderləri qarşısında çıxışı zamanı Ukraynaya müharibənin gedişatını dəyişməsinə kömək etmək üçün təcili dəstək çağırışından sonra dəstək nümayiş etdirilib.
Açıqlamada İngiltərənin Ukraynaya edəcəyi 1 milyard funt sterlinqlik hərbi yardımın hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, əsgərlər üçün yeni elektron döyüş avadanlıqlarının dəstəyi ilə Ukraynanın müdafiə qabiliyyətini artıracağı qeyd edilib.
Beləliklə, İngiltərənin müharibə başlayandan bəri Ukraynaya ümumi hərbi yardımı 2,3 milyard funt-sterlinqə çatacaq.