Böyük Britaniyadan Türkiyəyə səyahət xəbərdarlığı

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi Türkiyəyə səfər etməyi planlaşdıranları insanların sıx olduğu yerlərdən uzaq durmağa və mümkün terror hücumuna qarşı diqqətli olmağa çağırıb. Bura əsasən Tunceli, Diyarbəkir, Kilis, Hatay, Şırnak, Hakkari, İstanbul və İzmir daxildir. İngiltərə mətbuatında yer alan xəbərə görə, Milli Gazete, Xarici İşlər Nazirliyinin dərc etdiyi mətndə Tunceli, Diyarbəkir, Kilis və Hatay vilayətlərinə səyahətin tövsiyə edilmədiyi paylaşılıb. Zəruri olmadıqca Şırnak və Hakkari əyalətlərinə də getməmək tövsiyə olunur. Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyəyə edilən səfərlərin böyük əksəriyyətində problem yaşanmadığı bildirilsə də, İngiltərə vətəndaşlarından ətraflarına qarşı diqqətli olmaları istənilib, turistlərin və insanların sıx olduğu yerlərdə qalmamaları tövsiyə edilib. Nazirlik həmçinin xəbərdarlıq edib ki, terror qruplarının Türkiyədə hücuma cəhd etməsi ehtimalı çox böyükdür.

İngiltərə Xarici İşlər Nazirliyinin paylaşdığı bəyanatın mətnində indi vəziyyət əvvəlkindən daha sakit olduğu deyilir. Lakin 2016-cı ilin iyulunda baş vermiş çevriliş cəhdinin təsirinin hələ də Türkiyədə hiss olunduğu qeyd edilir. Bəzi məhdudiyyətlərin qaldığı bu ölkədə çevriliş cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğvi bildirilir. Bundan əlavə, ölkənin cənub-şərqi və ölkənin ən sıx məskunlaşdığı İstanbul və Ankara şəhərlərinin təhlükə altında ola biləcəyi də ehtimal olunur.