Bölgələr üzrə orta maaş

2021-ci il yanvarın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 707,3 manat olub. Operativ.tv Dövlət Statistika Komitəsinin saytında bölgələr üzrə göstəricilərə də nəzər salıb.

Ən yüksək orta maaş paytaxt Bakıda qeydə alınıb: 927,2 manat.

Gədəbəy rayonu 651,7 manatla ikincidir.

Statistika Sumqayıt şəhəri və Daşkəsən rayonunda orta maaşı 625 manat göstərir.

Naxçıvan Muxtar Respublikasında orta maaş 535,8 manat məbləğində rəsmiləşib. Sədərək rayonunda orta maaş 591,8 manat, Naxçıvan şəhərində 545,8 manat, Kəngərli rayonunda 543,9 manat, Babək rayonunda 526,5 manat, Şahbuz rayonunda 521 manat, Şərur rayonunda 519,2 manat, Culfa rayonunda 512,7 manat, Ordubad rayonunda 509,6 manatdır.

Şirvan şəhərində orta maaşın 578,4 manat, Qubadlı rayonunda 556,2 manat, Siyəzən rayonunda 540,9 manat, Abşeron rayonunda 531 manat, Gəncə şəhərində 527,9 manat, Biləsuvar rayonunda 520,9 manat, Zəngilan rayonunda 518,1 manat, Xocalı rayonunda 511,4 manat, Quba rayonunda 508,8 manat, Xocavənd rayonunda 506,6 manat olduğu bildirilir.

Qalan bölgələrdə orta aylıq əməkhaqqı 500 manatdan aşağıdır. Ən aşağı göstəricilər Bərdə rayonunda(392,6 manat), Ağdam və Qax rayonlarında (396,9 manat), Ağcabədi rayonunda (399,4 manat) rəsmiləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin əvvəlinə ölkədə muzdla çalışan işçilərin azı yarısının aylıq əməkhaqqı maksimum 343 manat olub.