BNA: `Sədərək`dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın bəzi marşrutların hərəkətinə mane olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb: "Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılmış və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılmışdır".