BMT Səudiyyə Ərəbistanında uşaq edamlarını tənqid edib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanında uşaqların edam edilməsini tənqid edərək, edam cəzasının ləğvi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli olduğunu bildirib.
Tesnim Xəbər Agentliyinin xəbərinə görə, BMT-nin Xüsusi Məruzəçiləri Səudiyyə Ərəbistanına göndərdikləri məktubda 18 yaşından kiçik uşaqların edam edilməsini tənqid edib. Belə ki, Ər-Riyadın 1996-cı ildə ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyasının 37-ci maddəsinə əsasən ölüm hökmünü ləğv edəcəyi barəsində öhdəçilik götürmüşdü.
BMT-nin Xüsusi Məruzəçiləri vurğulamışlar ki, bu hərəkətlər mövcud beynəlxalq hüququn normalarını pozduğuna görə uşaqlar ölümə məhkum edilməməli və ya özbaşına həbs edilməməlidir.
Bu arada, bir sıra beynəlxalq insan haqları təşkilatları Səudiyyə Ərəbistanı qanunlarındakı boşluğun səudiyyəli hakimlərə uşaqlara ölüm hökmü çıxarmağa davam etməsinə imkan verəcəyindən narahatlığını bildirib.
Səudiyyənin hüquq sistemi insan haqları müdafiəçiləri və xarici sərmayəçilər tərəfindən ciddi şəkildə tənqid edilib. Ər-Riyadın iddialarına baxmayaraq, 2020-ci ildə ölüm cəzası tətbiq etməkdən və uşaqları edam etməkdən əl çəkməyib.
Xatırladaq ki, 2021-ci ilin iyun ayında Səudiyyə Ərəbistanının Qətif şəhərindən olan Mustafa Dərviş adlı gənc edam edilmişdi.