BMT rəsmisi İsraili tənqid etdi

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzaya təşkil etdiyi hücumlar nәticәsindә çox sayda uşağın ölməsi ilə əlaqədar reaksiya göstәrib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet verdiyi yazılı açıqlamada İsrailin son hücumlarında ölən uşaqların sayına görә narahat olduğunu ifadә edib.

Mişel Baçelet  deyib: ‘‘Uşaqları öldürmək və yaralamaq vicdansızlıqdır’’.

Mişel Baçelet son bir həftədə İsrailin Fələstinə etdiyi hücumlar nəticəsində 19 uşağın həyatını itirdiyini bildirib.

“Beynəlxalq insan haqları qanunu aydın və birmənalıdır. Mülki şəxsləri və ya mülki obyektlәri hədəf alan hücumlar qadağandır. Bu hücumlar dayandırılmalıdır”,-deyә Mişel Baçelet qeyd edib.

Baçelet Fələstində mülki itkilərə görə məsuliyyət daşıyanların mühakimә olunması ilә әlaqәdar çağırış edib.

“Fələstində vəziyyət son dərəcə hәssasdır. Nablusda baş verənlər Qəzzadakı münaqişəni daha da şiddətləndirə bilər. Qan tökülməsinin qarşısını almaq üçün maksimum təmkinli olunmalıdır’’,-deyə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı vurğulayıb.

Xatırladaq ki, İsrailin 5-7 avqust tarixlərində Qəzzaya təşkil etdiyi hücumlarda 17 fələstinli uşaq həyatını itirib. Avqustun 9-da İordan çayının qərb sahilində törәdilәn hücumlar nәticәsindә isә 2 uşaq həlak olub.