BMT İsrail rejimin işğal olunmuş Qolandan tamamilə çıxarılmasını tələb edib

Giperssilka.ru “ABNA”ya istinadən xəbər verir ki, BMT Baş Assambleyası sionist rejimin Qolan təpələrini işğal etməsini qeyri-qanuni hesab edib və həmin bölgəni tərk etməsini istəyib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bassam Sabbaq Baş Assambleyanın iclasında bildirib ki, Baş Assambleyanın düzgün mövqeyi bu beynəlxalq təşkilatın Nizamnaməsinin prinsip və məqsədlərinə uyğundur.

Qeyd edək ki, BMT sionist rejimin işğal olunmuş Suriyanın Qolan bölgəsindən 4 iyun 1967-ci il xəttinə tamamilə geri çəkilməsini tələb edən qətnaməni yenidən qəbul edib.