BMT İnsan Haqları Şurası Ər-Riyadı pisləyən bəyanat yayıb

BMT İnsan Haqları Şurası Ər-Riyadı pisləyən bəyanat yayıb

BMT-nin İnsan Haqları Şurası jurnalist Cemal Kaşıkçının qətlinə və krallıqda insan haqlarının pozulmasına görə Səudiyyə Ərəbistanı hakimiyyətini pisləyib. 

 

BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədəki 42-ci sessiyasında yayılan ortaq bəyanat 20-dən çox ölkə tərəfindən dəstəklənib.

 

Bəyanat müəllifləri Ər-Riyadı səudiyyəli jurnalistin vəhşicəsinə qətlinin təfərrüatlarını açıqlamada və bu cinayətdə iştirak edənlərin hamısını məsuliyyətə cəlb etməyə çağırır.

 

Bəyanatın mətni Avstraliyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Salli Mansfild tərəfindən səsləndirilib.

Facebook