BMT Əfqanıstanda yoxsulluğun artacağı barədə xəbərdarlıq edib

Əfqanıstanda humanitar yardımlar üzrə BMT rəsmisinin koordinasiya müavini qarşıdakı qışda bu ölkədə aclığın şiddətlənməsi ehtimalı haqda xəbərdarlıq edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, BMT rəsmisi jurnalistlərə verdiyi müsahibədə, Əfqanıstandakı insanların vəziyyətini hərtərəfli bir faciə adlandırıb.

Onun sözlərinə görə, Əfqanıstanda 16 milyon nəfərin ərzaq təhlükəsizliyi yoxdur və onların 6,6 milyon nəfəri fövqəladə vəziyyətdə, yəni qıtlığın bir addımlığındadır.

BMT rəsmisi daha sonra əlavə edib:

"Əfqanıstanda yoxsulluq artmaqdadır və ölkənin qırx milyonluq əhalisinin otuz beş milyon nəfəri yoxsulluq içində yaşayır".