Bloomberg: Cənubi Avropa gizli şəkildə Rusiya nefti alır

Avropanın cənubunda və Aralıq dənizi regionunda yerləşən ölkələrin gizli şəkildə Rusiya neftini aldığı və beləliklə də, Rusiya neftinə tələbatı gücləndirməklə Şimali Avropa ölkələrində alışı azaltdığı bildirilib.

Operativ.tv Az.rasthaber.com -a istinadən  Bloomberg xəbər verir ki, ötən həftə Rusiyadan İtaliya limanlarına xam neft daşınması son yeddi həftənin ən yüksək səviyyəsinə çatıb.

İspaniyanın aprel ayından bəri ilk dəfə Rusiyanın "Urals" neft markasını aldığı bildirilən xəbərdə, Rusiyadan neft alan, hətta alışlarını artıran ölkələr arasında Yunanıstan, Bolqarıstan və Rumıniya da göstərilib.

Xəbərə görə, bəzi Avropa ölkələrində Rusiya neftinə tələbatın artması Rusiyaya qarşı sanksiyaların pozulmasının sübutudur.

Hazırda Avropa istehlakçılarına Rusiya xam neftinin ümumi tədarükü gündə təxminən 1 milyon 380 min barel qiymətləndirilir.

Qeyd edilib ki, bu, son 5 həftənin ən yüksək göstəricisi olsa da, Rusiyanın Ukraynaya qarşı keçirdiyi xüsusi hərbi əməliyyatdan əvvəlki səviyyədən aşağıdır.