Biznesmen ADRA-da haqq toplama təcrübəsindən narazıdır

Biznesmen Vaqif Qurbanov hesab edir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) azad iqtisadiyyata əngəl törədir, biznesin qarşısında maneələr yaradır.

V.Qurbanov Turan agentliyinə məktubunda qeyd edir ki, ADRA-nın funksiyası ofislərin girişlərində şirkətlərin lövhələri istisna olmaqla, açıq məkanda yerləşdirilmiş xarici reklama nəzarət etməkdir. Digər yerlərdə reklama İqtisadiyyat Nazirliyi tərəfindən nəzarət olunur. Niyə belə bir ikihakimiyyətlilik var və açıq məkandakı reklam içəridəki reklamdan prinsipial olaraq nə ilə fərqlənir? Bu barədə dövlət qurumları məlumat vermirlər.

Sonra V. Qurbanovun məktubunda bir maraqlı fakt digərilə əvəzlənir. Məlum olur ki, biznesmenə  məxsus binanın (“obyekt”) divarında reklam yerləşdirilməsinə görə də icazə almaq və ADRA-nın hesabına pul ödəmək lazımdır. Bu təşkilatın xüsusi avtomobilləri, onlar şəhərdə gəzirlər və avtomatik olaraq məkanı skan edirlər, “qanunsuz”  reklamları aşkar edirlər. Sonra reklam sahibinin hesabına böyük cərimə gəlir. Bu barədə sonra.

Reklam olmadan biznesi, ticarəti təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, mal sahibi onu satmaq istəyir və açıq reklam yerləşdirməkdən ötrü icazə üçün ADRA-ya müraciət edir. Başqa bir yerə müraciət edə bilməz, çünki Azərbaycanda bu sahə ADRA-nın monopoliyasına verilib. Türkiyədə reklam bələdiyyələrə tabedir, ondan əldə olunan vəsaitə bir çox sosial məsələləri həll edirlər. ADRA-nın saytında Türkiyə təcrübəsi tənqidi təsvir edilir, Türkiyədəki xarici reklam ADRA mütəxəssislərinin xoşuna gəlmir.  ADRA reklama görə azərbaycanlı biznesmenlərdən yığılan pulların nəyə istifadə olunduğunu açıqlamır.

Biznesmen Dövlət Reklam Agentliyinə gəlir və ondan dövlət rüsumunun ödənilməsi tələb olunur. V.Qurbanov bu rüsumun məbləğini məqbul sayır, problem yaratmır. Bakının Nərimanov rayonunda 4x5 metr ölçüdə küçə reklamı ilə bağlı konkret nümunə göstərir. Bu reklama görə dövlət rüsumu ildə 340 manat müəyyən edilib.

“Yayım haqqı” adlanan ikinci maliyyə yığımı biznesmenə təəccüblü və sərfəsiz görünür. Onun həcmi dövlət rüsumundan bir neçə dəfə çoxdur. ADRA saytındakı kalkulyator göstərir ki, eyni reklam sahibi “yayım”a görə agentliyin hesabına ƏDV ilə birlikdə 5777.28 AZN köçürməlidir..... Bu pulu dövlət yox, agentlik alacaq. Və buradan aydın olur ki, onlarda 10 regional idarədə işləyən bahalı xarici avtomobillər haradandır?

“Bu, mülkiyyətçilərin qarət edilməsidir, korrupsiyadır. Fərqi yoxdur ki, bu yığım qanuniləşdirilib”, - biznesmen yazır.

ADRA-nın əməkdaşları reklamın istənilən müddəti üçün ödəniş tələb edə bilərlər, hətta əvəvlki tarixlə, bu da hüquqşünaslarda təəccüb doğurur. Hətta mülkiyyətçiyə məxsus binanın divarında reklam üçün ödəməkdən imtinaya görə inzibati protokol tərtib edilir və 5 min manat cərimə tutulur.

ADRA-nın rəhbəri Aydın İbadov başqa nəşrə müsahibəsində bildirir: “Qanunsuz reklama görə cərimələr 300 manatdan başlayır və 10 min manata qədər arta bilər. Ən başlıcası isə qurum açıq-aşkar pozuntularla reklamı sökmək hüququna malikdir, hətta bundan ötrü müvafiq məhkəmə qərarını gözləmək lazım deyil. KİV-də açıq mənbələrin məlumatına görə, Dövlət Agentliyi fəaliyyəti müddətində altı mindən çox reklam stendini söküb”.

A.İbadovun sözləri on un tabeliyində olan idarənin saytında dərc edilmiş tezisə açıq-aşkar ziddir: “Reklam sahəsində özünütənzimləmənin əsas məqsədi reklam bazarı subyektlərinin və digər şəxslərin maraqlarının qorunmasıdır”. Əgər reklamın qiyməti bazar mexanizmləri ilə deyil, yuxarıdan gələn tariflərlə müəyyən edilirsə, o zaman reklam bazarı subyektinin- biznesmenin marağı nədən ibarətdir?”

Məhkəmələrdə mülkiyyətçilərin hüquqları qorunmur, hakimlər, sadəcə, heç bir şey edə bilmədiklərini söyləyirlər, ADRA-nın iki il öncə asılmış reklam üçün ödəniş tələb etməsinə imkan yaradırlar. Bu agentliyin cərimələri və yığımları mülkiyyətçiləri boğur, baş verənlər  özbaşınalıq, hüququn, biznesin, investisiyanın tapdalanmasından başqa bir şey deyil”, - V. Qurbanov yazır.

Bu məktubu biznesmen Anar Hüseynova da göstərdik. O, Turan-a bildirdi ki, 2015-ci ild öz ofisinin divarında xarici reklam məsələsini həll edəndə belə tələblər yox idi. Prezidentin fərmanı ilə ADRA 2017-ci ildə yaradılıb.

ADRA-nın mətbuat ilə əlaqələr şöbəsinin əməkdaşı Emin Hüseynov Turan-ın suallarına cavab verərək deyib ki, Dövlət Agentliyində tariflər dövlət tərəfindən müəyyən edilir, qurum şəffaf işləyir və hər bir narazı şəxs 1412 saylı “qaynar telefon xətti”nə zəng edərək öz fikrini bildirə bilər. “ADRA - nın bütün fəaliyyəti qanunun tələbləri ilə müəyyən edilir”, - o deyib.

Turan ADRA-dan rəsmi elektron məktub alıb. Orada Vaqif Qurbanovun şikayəti ilə tanış olublar. Qurum xatırladır ki, açıq məkanda reklamlara nəzarət və onların tənzimlənməsi üçün yaradılıb. Məktubda ADRA-nın öz fasadında 1 kv.m. - dən çox olmayan reklam yerləşdirməsinə icazə verilən biznesmenlərə yardımından danışılır.

Biznesmen Turan-a bildirib ki, ADRA metronun “Nərimanov” stansiyası yaxınlığında 5x4 metrlik reklama görə böyük məbləğdə pul alır.

“Bu nümunə oxucuları çaşdırmaq üçün gətirilib”, - ADRA-nın əməkdaşı bildirib.  “Çünki reklamın ölçüsü, reklam  sahəsinin divarin sahəsinə nisbəti və bu reklamın yerləşmə hündürlüyü reklama dair texniki tələblərə ziddir (maddə 3,16). Reklama görə biznesmendən böyük məbləğ onun ölçüsünə görə alınır”, - reklam agentliyinin əməkdaşı açıqlama verib.