Bir qrup Neftçala inanclısı rayon icra hakimiyyəti önündə aksiya keçirib-VİDEO

Cümə günü bir qrup inanclı Naftçala sakini, Neftçala Rayon İcra Hakimiyyəti önündə polis idarələrində Allahın təhqir edilməsinə etiraz olaraq dinc aksiya keçirib. Sakinlər iki saata qədər idarə önündə dayansalar da onları rəsmilərdən qəbul edən olmayıb. İdarədən onlara gələn cümə günü qəbul gəlmələri bildirilib. İnanclılar orada Allahın təhqirinə yol verən şəxslərin cəzalanmasını tələb edib və bu çirkin addıma öz hiddətlərini nümayiş etdiriblər. Eyni halda onlar gələn cümə günü növbəti dəfə qəbula gələcəklərini söyləyərək ərazidən uzaqlaşıblar. Aksiyada heç bir insident yaşanmayıb.