Bir qrup inanclı Xırdalan İcra Hakimiyyəti önündə etiraz aksiyası keçirib-VİDEO

Allahın polis idarələrində təhqirinə etiraz olaraq bir qrup inanclı Xırdalan İcra Hakimiyyəti binasının önündə etiraz edib. Onlar İcra Hakimiyyətinin nümayəndəliyi ilə görüşərək Allahın təhqirinin yolverilməzliyini bildirib və iştirakçılar bu işi görənləri məscidlərdə donuz saxlayan ermənilərlə bərabərləşdiriblər. Sonunda etiraz məktubu nümayəndəliyə təqdim olunub. Aksiya insidentsiz, dinc şəraitdə bitib.