Biometrik vəsiqələrin verilməsi zamanı hicab məsələsinə münasibət bildirilib

"Biometrik vəsiqələrin verilməsi "ASAN Ximdət"də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Əgər hicabın açılması qanunvericiklə labüddürsə, düşünürəm ki, buna əməl etmək lazımdır. Mən bu məsələni nəzərimdə saxlayacam".

 

Operativ.tv "SalamNews"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

Agentlik sədri bu məsələni aidiyyatı qurumlarla əlaqə saxlayıb araşdırılacağını bildirib:

 

"Əgər biometrik vəsiqə bu halın aradan qaldırılmasına vasitədirsə və qanunvericilik burada pozulmursa o zaman biz bu məsələni aradan qardıracağıq. Yox əgər bu qanunvericiliyin ciddi tələbidirsə və təhlükəsizlik baxımından lazımdırsa o zaman vətəndaşlarımızın anlayışla qarşılamağını xahiş edirəm. Hər bir halda mən bu məsələni öz nəzaratimdə saxlayacağam".