Bin Salman ABŞ rəsmiləri ilə "Enerji Təhlükəsizliyi və Yəmən" mövzusunu müzakirə edib

Operativ.tv xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ rəsmiləri ilə Ciddə Sammitinin nəticələri, enerji təhlükəsizliyi və Yəmən faylını müzakirə etdiyi bildirilib.

Səudiyyə Ərəbistanı rəsmi agentliyi SPA-da yer alan xəbərdə, Vəliəhd Bin Salmanın Ciddədəki Salam Sarayında, ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett McGurk, ABŞ Dövlət Departamentinin Enerji Təhlükəsizliyi müşaviri Amos Hochstein və Yəmənin xüsusi elçisi Tim Lenderkinqlə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin gündəmdə olduğu bildirilib və Ciddə Sammitinin nəticələrinin, xüsusilə enerji təhlükəsizliyinin müzakirə edildiyi bildirilib. Regional məsələlərin də müzakirə edildiyi görüşdə Yəməndəki hadisələr də müzakirə edilib.

Xatırladaq ki, iyul ayında ABŞ prezidenti Co Bayden və ərəb liderlərinin iştirakı ilə Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi Ciddə Təhlükəsizlik və İnkişaf Sammitindən sonra bu səfər ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin Səudiyyə Ərəbistanına ikinci səfəri olub.